Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov həmsədrlərlə Qarabağdakı vəziyyəti müzakirə etdi
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağda vəziyyətin həlli üçün səylərin əlaqələndirilməsi məsələsini müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir. Görüşdə İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.

“Müşavirə zamanı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağ və ətrafındakı vəziyyət müzakirə olunub. Hər üç ölkənin gələcək vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib”, - deyə Rusiya XİN-in məlumatında deyilir.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »