Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölən erməni əsgərin anası Paşinyana: “Bu qədər uşağı ölümə göndərməməliydin”
Paşinyan

Ermənistanda Nikol Paşinyan hakimiyyətinə etiraz aksiyaları davam edir. Mitinqlərə xeyli sayda əsgər valideyni gəlir.

Bizimyol.info xəbər verir ki, Qarabağ döyüşlərində oğlunu itirən Anait Ohanyan noyabrın 20-də baş tutan aksiyada sərt danışıb. O, hakimiyyəti həlak olan əsgərlərin adından istifadə edərək spekulyasiya ilə məşğul olmaqda günahlandırıb.

“Deyirlər ki, guya kiminsə tapşırığı ilə bura gəlib çıxış edirəm. Konsertə gəlməmişəm hər halda. Paşinyan istəsə, hər şeyi dəqiqləşdirə bilər. Səhiyyə Nazirliyi var, öyrənsin. Mən tibb bacısı işləyirəm. Suallara cavab versin. Desin görüm iki gün sonra atılmalı addımı niyə 40 gün sonraya saxladı? Heç olmasa, bu qədər uşağı ölümə göndərməzdi”.

Oktyabrda həlak olmuş kapitan Mkrtiç Ohanyanın anasının dediyinə görə, hökumət iyun, iyul, avqust və sentyabr ayları üçün hərbçilərə ev kirayəsinin haqqını ödəməyib.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »