Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərdədə COVİD 19-a qarşı mübarizə tədbirləri davam etdirilir
koronavirus

Bərdə rayonunda (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülməsinin davam etdirilməsi üçün rayon İcra hakimiyyətində bu gün Operativ Qərərgahın növbəti iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, iclasda Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev İdarə, müəssisə, təşkilatlarda, xidmət obyektlərində, sərnişin nəqliyyatında ən çox təmasda olunan yerlərin, ictimai iaşə obyektlərində, Bankomatlar və “Milli ÖN” ödəmə vasitələrinin yerləşdiyi yerlərdə vaxtaşırı hər bir istifadədən sonra təmasda olan hissələrin antibakterial vasitələrlə dezinfeksiya edilməsi, sosial məsafənin gözlənilməsi, tibbi maskadan və digər dezinfeksiya edici materiallardan istifadə qaydalarına ciddi əməl olunması, rayon ərazisində monitorinqlərin daha ciddi davam etdirilməsini tapşırılıb.

Bunlarla birlikdə xəstələrin izolyasiyası məsələlərinin daima diqqətdə saxlanılmasına diqqət çəkilmiş, evdə müalicə olunan xəstələrin evlərini tərk etməmələri, onların digər şəxslərlə əlaqələrinin kəsilməsi üçün lazımi tədbirlərin davam etdirilməsi qarşıya vəzifə kimi qoyulub. Bu istiqamətdə təbliğat və təşviqat işlərinin gücləndirilməsi barədə aidiyyatı şəxslərə tapşırıqlar verilib.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »