Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mxitar Zəkəryan: “Məğlubiyyətə görə 3 milyon erməninin hər biri günahkardır”
Mxitar Zəkəryan

Ermənistanın Baş naziri Nikol Paşinyan müharibədə məğlubiyyətə görə məsuliyyəti tam üzərinə götürmək istəmir.

O, geridə qalan 30 ilə qədər zaman ərzində uğursuzluğun əsasının qoyulduğunun bildirir.

Bizimyol.info xəbər verir ki, Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Mehri şəhərinin meri Mxitar Zəkəryan Ermənistan mətbuatına müsahibəsində təxminən Paşinyan kimi mövqe ortaya qoyub. Onun sözlərinə görə, Qarabağı tərk edənlərdən başçısı olduğu şəhərə də üz tutanlar var.

“Xəstəxananı yaşayış yerinə çevirib qarabağlılara verməyi düşünürük. Təxminən 20 ailəni yerləşdirə bilərik. Həmin şəxsləri işlə də təmin edəcəyik”.

Zəkəryan özü oktyabrın 7-də Qarabağ döyüşlərində yaralanmışdı. Amma şəhər rəhbəri Ermənistan mətbuatına müsahibəsində bundan danışmaq istəməyib. Amma Zəkəryan məğlubiyyəti və torpaqların qaytarılmasını böyük ağrı kimi qəbul edir.

“Məğlubiyyətə görə 3 milyon erməninin hər biri günahkardır. 26 ildə baş verənlər belə nəticələnməliydi. Məğlubiyyətdə hər birimizin payı var. Mən hərbi mütəxəssis deyiləm, amma görürdüm ki, ordunun və cəmiyyətin yenilənməyə ehtiyacı var. Döyüş meydanı poeziya yeri deyil”.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »