Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdamın 6 kəndindən mülki işğalçılara köçmək əmri verilib
Agdamın kəndi

Ağdərənin 6 kəndində yaşayan ermənilər, mülki işğalçılar ( işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşanlar barədə "əhali, sakin" ifadələri məqbul deyil) bu gün evakuasiya barədə göstəriş alıblar. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Ağdərədəki qondarma erməni “administrasiyasının” rəhbəri Ayk Baxşıyan bu haqda bildirib.

Baxşıyan deyib ki, bu gün ona Papravənd, Yuxarı Seysulan, Boyəhmədli, Əliağalı, Qızılkəngərli, Mollalar kəndlərində yaşayan ermənilərin köçürülməsi barədə əmr daxil olub. “Hələlik məlum deyil sərhəd haradan keçəcək: Azərbaycan qoşunları harada yerləşəcək, sülhməramlılar harada dayanacaq. Hələlik ancaq onu deyə bilərəm: evakuasiya barədə sərəncam var. Hələlik bu adamları Mardakertdə (Ağdərə,-red.) yerləşdirəcəyik”,-Baxşıyan deyib.

Onun sözlərinə görə, həmin kəndlərdən ermənilərin köçürülməsi üçün bir gün vaxt verilib, proses noyabrın 19-u saat 23.00-a qədər başa çatmalıdır.

Baxşıyanın adlarını çəkdiyi bu kəndlər əslində Ağdam rayonunun inzibati ərazisinə daxildir və işğalçılar Ağdamı, Ağdərəni işğal edəndən sonra həmin kəndləri Ağdərənin tərkibinə qatmışdılar.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında noyabrın 10-da əldə edilmiş üçtərəfli razılaşmaya əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Kəlbəcər və Laçından erməni işğalçı qüvvələrinin çıxarılması isə noyabrın 25-də və dekabrın 1-də başa çatmalıdır.

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »