Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Paşinyanı istefaya sürükləyən təzyiqlər artacaq - Rusiyalı politoloq
Nikol Paşinyan

Yaxın zamanlarda Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya sürükləyəcək təzyiqlər artmağa başlayacaq.

Bunu Trend-ə rusiyalı politoloq Mixail Neyjmakov Ermənistandakı siyasi vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, N.Paşinyana təzyiqlər təkcə parlament və qeyri-parlament müxalifəti tərəfindən deyil, həm də siyasi elita nümayəndələri tərəfindən də güclənəcək və prezident Armen Sarkisyanın növbədənkənar parlament seçkilərinin zərurəti barədə açıqlaması bu tendensiyanı təsdiq edir:

“Böyük ehtimalla, Ermənistan siyasi elitasının böyük hissəsi hazırki baş nazirin dəyişməsi yönündə çıxış edəcək”.

Politoloq hesab edir ki, həmin təbəqənin bir hissəsi N.Paşinyanın istefasından sonra əsas ictimai sima qismində mövcud prezident Armen Sarkisyanı görmək istəyir. Baş nazirin yerinə isə müvəqqəti olaraq hər hansı məmur və ya biznes idarəçi gələ bilər.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »