Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo tərəfləri danışıqları bərpa etməyə çağırıb
Mayk Pompeo

ABŞ dövlət katibi Mayka Pompeo Bakı və Yerevanı Dağlıq Qarabağ probleminin uzunmüddətli və dayanıqlı həllinin tapılması üzrə danışıqları bərpa etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat verib.

"Biz tərəfləri Dağlıq Qarabağ probleminin uzunmüddətli və dayanıqlı həllini tapmaq məqsədilə ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq. Bu qərar Helsinki Yekun Aktının müddəalarına - güc tətbiq edilməməsi və güc tətbiqilə bağlı hədələrin olmaması, ərazi bütövlüyü, xalqların özünütəyinetmə hüququ və bərabərliyi prinsiplərinə əsaslanmalıdır", - Pompeo bildirib.

Amerika diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Vaşinqton Dağlıq Qarabağda həyata keçirilən humanitar proqramların reallaşması üçün maliyyə yardımı göstərmək niyyətindədir.

"Birləşmiş Ştatlar Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və digər tərəfdaş QHT-lərə 5 milyon dollar humanitar yardım təqdim edəcək", - bəyanatda bildirilir.

Bundan öncə Pompeo Parisdə prezident Makron ilə görüşüb. Hər iki tərəf Türkiyənin bu münaqişədə iştirakından narazılığını bildirib, problemi ATƏT-in Minsk Qrupu çərçivəsində həll etməyə çağırıb.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »