Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda hətta Türkiyə hərbi bazalarının yaradılmasına imkan veriləcək”-Deputat
Türkiyə Ordusu

“Qarabağda sülhə nəzarəti həyata keçirəcək Türkiyə sülhməramlılarının Azərbaycana gəlməsi Azərbaycan və Rusiyanın imzaladığı sənəddə öz əksini tapıb. Türkiyə Prezidenti Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb. Azərbaycan Prezidentinin verdiyi sərəncamdan sonra Türkiyə sülhməramlılarının sayı və yerləşmə yeri bəlli olacaq”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Vahid Əhmədov - Deputat Vahid Əhmədov

Deputat qeyd edib ki, Türkiyə bu ilin sentyabrın 27-dən başlayan müharibədə hər zaman Azərbaycanın yanında oldu: “Türkiyə bizi həm siyasi, həm mənəvi cəhətdən müdafiə etdi. Türkiyənin Azərbaycanda oıması gələcək üçün də çox vacibdir. Belə ki Azərbaycanın ərazi bütövlüyünün tamamilə təmin olunması və müstəqilliyinin qorunub saxlanılması üçün Türkiyə ilə bir yerdə olmalıyıq. Müəyyən vaxt keçəndən sonra Azərbaycanda hətta Türkiyə hərbi bazalarının yaradılmasına imkan veriləcəyini düşünürəm.

Yəni Türkiyə bizə qardaşımızdır. Göstərdiyi dəstəyə görə biz Türkiyəyə həmişə təşəkkür edirik.

Onu da bildirim ki, beynəlxalq səviyyədə də Türkiyə Azərbaycanı müdafiə edir, Azərbaycan da Türkiyəni müdafiə edir”.

Ramid İbrahimov

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »