Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsgər Bəşirov cəbhədən icra başçısına müraciət etdi: “Evimdə qaz, işıq yoxdur...”
Seymur Bəşirov

Hazırda cəbhə bölgəsində olan əsgər Seymur Bəşirov Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova videomüraciət edərək ailəsinin yaşadığı Binə qəsəbəsindəki evinə işıq, qaz xəttinin çəkilməsini xahiş edib. Videogörüntü ilə yayılan müraciətdə Bəşirov bildirib ki, Binə qəsəbəsindəki birotaqlı evində işıq və qaz xətti yoxdur, ailəsi soyuqdan donur.

“Ali Baş Komandan sağ olsun, cəbhədəki əsgərlərin problemləri dərhal həll edilir. Yeganə istəyim evimə işıq, qaz xəttinin çəkilməsidir”.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyev virtualaz.org-a bildirib ki, müraciətdən xəbərdardır.

“Seymur Bəşirovun müraciətinə dərhal baxıldı, işıq xətti çəkildi. Onun evi Binə sovxoz deyilən ərazidə tikilib, evin sənədləri yoxdur. İşıq, qaz xəttinin çəkilişi üçün sənədlər hazırlanıb və ailəyə tapşırılıb ki, ASAN Xidmətə təqdim etsinlər. Yaxın günlərdə əsgərin evinə qaz xətti də çəkiləcək”,- Mirzəliyev deyib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »