Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham İsmayıl: İndi ermənilər Xankəndində yaşamağa yox, ordakı evlərini satmağa çalışırlar
İlham İsmayıl

Putinin dünən Qarabağ ətrafında baş verən məsələlərlə bağlı verdiyi müsahibə çoxu şərhlərə səbəb olub. Açıq suallar yaradıb.

Bizimyol.info-nun suallarını ehtiyatda olan zabit, MTN-in keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı İlham İsmayıl cavablandırır.

-İlham bəy ruslar tez- tez müxtəlif media orqanlarında Qarabağın 50 illik Rusiya icarəyə verilməsi barədə danışırdılar. Dünən Putinin status-kvo barədə danışması, Rusiya XİN-in verdiyi bəyanat, münaqişənin bitməmiş olduğunu deməyə əsas verdi. Hadisələr Rusiya tərəfindən hara yönləndirilir?

- Bu icarə məsləsini Rusiya hərbi mütəxəssisləri ölkə telekanallarının efirlərindən tez-tez səsləndirilər. Necə ki, Çin Honkonqu Böyük Britaniyaya vermişdi. Bu Azərbaycan əleyhinə yönəlmiş məsələlərdir. Putin dünənki müsahibəsində bizim xeyrimizə olan kəlmələr işlətsə də, yenə sülhməramlıların əslində sülh olmayan məramından, status- kvodan danışdı. Bir növ bizi hədələdi.O vaxttilə Gürcüstanda onlara açılan atəşi dəyərləndirdi. Bizim sülhməramlılara qarşı sərt siyasətimiz, onlara atmaq fikrimiz yoxdur. Amma, onlar öz məramlarını aşırlar və onlara qarşı rəsmi etiraz yoxdur. Hələlik səs çıxaranlar politoloqlar, siyasi şərhçilərdir.

-Üstəlik Rusiya XİN bildirdi ki, siz statusla bağlı müzakirəni uzatsanız münaqişə yenidən başlaya bilər.

- Bəli, Putin dedi ki, yaralar hələ təzədir, yəni yaralar sağalması üçün vaxtı uzatmaq istəyir. O Cənubi Qafqazda öz təsir və təzyiqini saxamaq üçün münaqişənin qalmasında maraqlıdır.Azərbaycan Laçın dəhlizində bərqərar olmalıdır. Əks halda ermənilər və ruslar o dəhlizdən öz maraqları üçün istifadə edəcəklər. Dərhal addımlar atılmalıdır. Təşəbbüsü ələ almalıyıq. Ermənilərə deyilməlidir ki, vətəndaşlığımızı qəbul etsələr idarəetmədə iştirak edəcəklər. Stimul verilməldiir. Əks halda müharibə qaçılmaz olacaq.

-Paşinyan dünən dedi ki, qoşunlar ərazilərimizdən çıxmaq istəmir. Yəqin bunu da rusların təsirilə deyir.

-Bəli Rusiyanın təkidilədir bu. Putin gördü ki, Paşinyanı yıxıb öz istədiyi adama hakimiyyətə gətirə bilmədi. Mövqeyini dəyişib Paşinyanı müdafiə etdi. Paşinyan həm qərbə, həm Rusiyaya meyillidir. Rusiya qoşunları çıxarmamaqla vəziyyəti gərginləşdirmək istəyir. Onun məramı sülh deyil. Rus qoşunları dünyanın hər yerində sülhməramlı kimi yox, işğal qoşunları kimi tanınırlar.

-Rusiya ceyrana qaç, tazıya tut deməklə öz yerini bərkidir?

- Bu 1805-ci ildən belədir. İndi də belədir. Bütün variantlarda çalışırlar ki, Cənubi Qafqazda həm ermənilərə, həm bizə təsir vasitəsi kimi saxlanılsın. Parçala və hökm sür. Amma indi zaman dəyişib. İndi Azərbaycan güclüdür, qalibdir.Türkiyə faktoru var. Geopolitik şərtlər dəyişib. İndi Putin əvvəlki tonla yox, fasilələrlə ehtimallara danışdı. Biz də bunarı nəzərə alıb sityasətimizidə müəyyən korrektələr etməliyik.

İlhamə Rəsulova

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »