Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xırdalan sakinləri: “Neçə həftədir qaza görə çimə bilmirik”
Qaz

Redaksiyamıza daxil olan şikayətə əsasən, Abşeron rayon Xırdalan şəhəri və Masazır qəsəbəsində qazın verilməsində problemlər yaşanır.

Bizimyol.infoya ünvanlanan məktubda bildirilir ki, qazın təzyiqi o qədər zəifdir ki, heç bir qızdırıcıdan istifadə edə bilmirlər.

“Havalar soyuyandan bəri qaz üzünə həsrət qalmışıq. Qazın təzyiqi o qədər zəifdir ki, kombi aparatının gücü çatmır işləməyə. Qazla işləyən su qızdırıcları qazı götürmür. Çimə bilmirik neçə həftədir. Nobayr ayıdır hələ belə qaz gəlir. Sərt qış gələndə necə olacaq? Evimizdə körpə uşaqlar var. Virusların bu qədər yayıldığı vaxtda xəstələnməkdən qorxuruq. Xahiş edirik dərdimizə çarə tapın”,-deyə bilirib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovla əlaqə saxladıq. O, bildirdi ki, bu barədə araşdırma aparılacaq və lazımı tədbir görüləcək.

Leyla Mirzə

Paylaş »
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »