Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Döyüşlərdən qaçıb İrana keçən Ermənistan əsgərləri axtarılır
Erməni uşaqları döyüşə aparılır

Sosial şəbəkələrin erməni seqmentində günlərdir ki, Ermənistan ordusunun Arazboyu ərazilərdə gedən döyüşlərdən qaçan bir qrup əsgərinin İran ərazisinə keçdiyi haqda məlumatlar paylaşılır.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, övladları Cəbrayılda, Zəngilanda və Xocavənd istiqamətində xidmət edən və döyüşlərdə itkin düşmüş valideyinlərə İran səfirliyi ilə əlaqə saxlamaq tövsiyə olunur. Müdafiə Nazirliyinin nümayəndəsi Şuşan Stepanyan isə deyib ki, onlar “müəyyən sayda hərbi qulluqçunun” İran ərazisinə keçməsi barədə informasiyalarla bağlı müvafiq kanallarla bu ölkə ilə əlaqə saxlayır. Amma hələlik İranın Yerevandakı səfirliyindən bu ölkə ərazisində Ermənistan hərbçilərinin olduğunu təsdiqləyən məlumat daxil olmayıb.

Xatırladaq ki, Arazboyu ərazilərdə gedən şiddətli döyüşlər zamanı Azərbaycan ordusunun hücumu qarşısında tab gətirməyən düşmən əsgərlərinin mövqelərini tərk edərək nizamsız şəkildə geri qaçması halları baş verirdi. Bu zaman bir qrup erməni əsgərinin Araz çayını keçərək İrana qaçdığı haqda məlumatlar var idi. Belə ki, döyüşlərdən qaçan düşmən əsgərlərini arxada hərbi polis tərəfindən güllələnmək təhlükəsi gözləyirdi.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »