Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən faktiki hava açıqlaması: Dağlıq rayonlarda qar yağıb
Yağış

Nazirlik Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, noyabrın 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb.

Düşən yağışın miqdarı Xaçmazda 18, Şabranda 8, Neftçalada 6, Şəki, Quba, Tərtər, Kişçayda (Şəki) 5, Lənkəran, Oğuzda 4, Ceyrançöl, Tovuz, Qusarda 3, Şəmkir, Balakən, Zaqatala, Xaltan, Bərdə, Mingəçevir, Sarıbaşda (Qax) 2, Göygöl, Naftalan, Gəncə, Mərəzə, Ağstafa, Qrız, Kürdəmir, Sabirabad, Astarada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 10, Maştağa, Binədə 4, Bakıda 2, Çilov adası, Neft Daşlarında 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qrız, Sarıbaş, Xınalıqda 1 sm olub.

Şimal küləyi arabir Salyanda 18 m/s-dək güclənib.

Havanın temperaturu noyabrın 17-də Bakıda iqlim normasından 1.5 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 9-13, aran rayonlarında 11-17, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-da 12-17 dərəcə isti olub.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »