Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Komendant postunda avtomobildən qumbara alışdırıcıları aşkarlanıb
Qumbara

Cəbrayılda postda saxlanılan avtomobildən qumbara alışdırıcıları götürülüb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, noyabrın 15-də saat 17 radələrində Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun girişində quraşdırılan komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb. Baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.

R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »