Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəlbəcər rayonundakı Xudavəng monastrını erməniləşdirmək üçün tarixi saxtalaşdırırlar - Tədqiqatçı
Xudavəng monastırı

“İstər elmi ədəbiyyatda, istər elmi məqalələrdə Kəlbəcər rayonundakı Xudavəng monastrının tarixi və onun kimə məxsus olduğu göstərilib”.

Bunu Bizimyol.info-ya açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib.

Faiq İsmayılov Faiq İsmayılov

Tədqiqatçı F.İsmayılov qeyd edib ki, ermənilərin onlara aid olduğunu iddia etdikləri Kəlbəcər rayonundakı Xudavəng monastrı ilə bağlı bütün izlər bu abidənin onlara məxsus olmadığını göstərir: “Bu abidə Qafqaz Albaniyasının memarlığına aiddir. XI-XII əsrlədə tikilən bu abidə XIII əsrdə təmir olunub. Bu abidə alban katolikoslarının ibadət etdiyi dini mərkəzlərdən biri olub. Həmin katolikosların orada qəbirləri və qəbir daşları mövcuddur.

1836-cı ildə rus çarının fərmanı ilə alban katolikosluğu Erməni qriqoryan kilsəsinə tabe edildikdən sonra ermənilər bu tarixi abidəni, orada olan kitabları mənimsəməyə başladılar. Həmin kitabların bəzilərini özlərinə sərf edən formada erməni dilinə tərcümə etdilər, bəzilərini isə yandırdılar. Bu abidəni erməniləşdirmək üçün daş divarlardakı yazılarda dəyişiklik və ornamental görüntülərdə dəyişiklik etdilər. 1990-ci illərdə ermənilər abidənin rəsm əsərlərininin bir qismini baltayla çapıb məhv etdilər.

Başqa monastlardan fərqli olaraq Xudavəng monastrında rəsmlər yağlı boya ilə çəkilmişdi. Abidənin memarlıq qurluşunu müayinə edərkən və tarixini araşdırarkən Xudavəng monastrının ermənilərə məxsus olmadığı məlum olur”.

Ramid İbrahimov

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »