Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: Kəlbəcərdə məktəb binasının direktor tərəfindən yandırılması vandalizmdir - Video
Kəlbəcər

Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilərin köçürülməsi zamanı direktorun məktəbi nümayişkaranə şəkildə yandırması təəssüf doğurur və vandalizmdir.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bütün bu hallar nazirlik tərəfindən sənədləşdirilir və müvafiq kanallarla beynəlxalq təşkilatlara çatdırılır.

E.Əmrullayev əlavə edib ki, ermənilər ərazilərimizi işğal edən zaman oranı tərk edən azərbaycanlılar məktəbə, eləcə də digər infrastruktura toxunmamışdı. İndi isə işğal altında olmuş Cəbrayılda, Füzulidə, Qubadlıda bütün infrastruktur yerlə-yeksan edilib.

Nazir bunu da təəssüflə qeyd edib ki, Azərbaycanda 10 nəfər şagird düşmən tərəfindən atılan raket hücumları nəticəsində həlak olub. Müharibə dövründə 340 min şagirdin təhsil aldığı məktəblər risk zonasına daxil olduğundan orada təhsilin təşkili ümumiyyətlə mümkün olmayıb. Düşmənin atdığı raket zərbələrindən 50 məktəb bu və ya digər dərəcədə zərər görüb. Bəzi məktəblər isə ümumiyyətlə yararsız hala düşüb.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »