Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paris Meriyası Qarabağın müstəqilliyini tanısa, biz də Korsikanı tanımalıyıq"
Fransa

Əldə olunan son məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Prossesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur.

Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir. Maraqlıdır, Paris meriyası qondarma rejimi tanısa bu nəyi dəyişəcək? Özlüyündə ağlı kəsən hər adam yaxşı bilir ki, bir şəhərin Azərbaycanın ərazi bütövlüyünü heçə sayaraq bizə mənsub ərazini müstəqil respublika kimi tanıması müharibənin gedişinə təsir etməyəcək. Amma bunu domino effekti kimi də görmək olar.

Bu kiçik qığılcımla erməni lobbisi həzm edə bilmədiyi məğlubiyyəti yeni fazaya adladıb Vətən müharibəmizi qlobal savaş həddinə çatdıra bilər. Çünki Dağlıq Qarabağ əslində yalnız Azərbaycanın haqq savaşı deyil, eyni zamanda dünya liderlərinin güc savaşına çıxdığı poliqon halına gəlib. Avro/Atlantika "Artsakin" müstəqilliyini tanımağa, Avrasiya/Rusiya qəbul etməməyə cəhd edir. Hələ ki, Böyük Britaniya neytrallığını qorumaqdadır. Rusiya ümumiyyətlə bu mövzuda söz sahibi olduğunu isbatlamağa çalışır, Putin 7 rəngli cümlələrlə hamıya mavi muncuq paylamaqla , eyni zamanda Rusiyanın caynaqlarının da bu torpaqlara sancılmış olduğunu isbatlamağa çalışır. Bu həngamədə Fransa və onun simvolik təmsilçisi olaraq Paris meriyasının Qarabağn müstəqilliyini tanıyacağı barədə anons verməsi hadisələrə hansı rəngi verəcək?

Zaur Məmmədov Zaur Məmmədov

Bizimyol.info-nun sualını Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov cavablandırır.

"Paris meriyasının Dağlıq Qarabağın müstəqilliyini tanıması Azərbaycana Fransa arasındakı diplomatik münasibətlərin kəskinləşməsinə səbəb olacaq. Bir şəhərin qondarma rejimi tanıması müharibənin nəticələrinə təsir etməsə də, Fransanın Azərbaycanı itirməsinə səbəb ola bilər. Bu Fransanın Cənubi Qafqazı itirməsi deməkdir. Cənubi Qafqazın ən vacib ölkəsi Azərbaycandır. Bu əslində Frasanın beynəlxalq hüququ tanımaması, Avrop İttifaqına qarşı çıxmasıdır. Əgər Paris Meriyası Qarabağın müstəqilliyini tanıyarsa, Azərbaycan da Korsikanın müstəqilliyini tanıya bilər.Ümumilikdə, Azərbaycan Fransadakı səfirini da geri çağıra və bütün diplomatik əlaqələri kəsə bilər ki, bu da Fraansanın marağına xidmət etmir.

Bu əslində Fransanın yox, Fransada yaşayan ermənilərin marağına daxildir. Biz ümumiyyətlə Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrlikdən getməsinə, rədd olmasına nail olmalıyıq",- deyə politoloq qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
Son xəbərlər
Bütün xəbərlər »