Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Andranik Koçaryan: Ermənistanın ordusu yoxdur, onlar silahlı şəxslərdir
İrəvan, Ermənistan

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan qanunverici orqanın tribunasında ölkənin Müdafiə Nazirliyinin Qarabağ müharibəsindəki əməliyyatları haqqında növbəti dəfə aşağılayıcı fikirlər səsləndirib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Parlamentin komissiya sədri bildirib ki, Ermənistan ordusu mövcud deyil. "Ordu praktik olaraq yoxdur, onlar ancaq silahlı şəxslərdir", - deyə Andranik Koçaryan qeyd edib.

Andranik Koçaryan qeyd edib ki, Ermənistan ordusunun məsul şəxslərinin cəzasızlığı ölkənin təhlükəsizliyi üçün böyük təhlükə olacaq.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti isə öz növbəsində deputatın fikirlərinə qəti etiraz edib: "Biz müharibə dövründə ordunun rolunu bu qədər çox kiçiltməyə çalışmasını Koçaryanın vicdanının öhdəsinə buraxırıq". Nazirlik bildirib ki, bu açıqlama minlərlə erməni hərbçi üçün təhqirdir.

"Əgər Koçaryan həqiqətən belə düşünürsə, onda Müdafiə Nazirliyi əsgərdən zabitədək hərbçilərin qarşısında üzr istəməsi şərtilə onu Ermənistan ordusunda məmnuniyyətlə müşayiət edəcək. Hər kəs qarşısında", - nazirliyin bəyanatında deyilir.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ön cəbhəyə yardım aparan könüllülərin ikisi yaralanıb, ikisi itkin düşüb
Son xəbərlər
Bütün xəbərlər »