Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo: "ABŞ Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair atəşkəs razılaşmasını alqışlayır"
Mayk Pompeo

ABŞ Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair atəşkəs razılaşmasını alqışlayır.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeonun ABŞ-ın Gürcüstandakı səfirliyinin “Facebook” hesabında paylaşılan bəyanatında bildirilib.

Qeyd olunub ki, ABŞ gərginliyin başladığı ilk günlərdən çoxlu insan itkisi ilə nəticələnən hərbi əməliyyatların dayandırılmasına çağırış edib.

Bəyanatda hərbi əməliyyatlar zamanı həlak olanların yaxınlarına başsağlığı verilib və tərəflərə bir daha beynəlxalq hüququn öhdəliklərinə, həmçinin, beynəlxalq humanitar qanunlara hörmət etməsi barədə çağırış edilib.

Qeyd edək ki, bu gün ABŞ Dövlət Katibi Mayk Pompeo Gürcüstanda iki günlük rəsmi səfərdədir.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »