Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov İƏT-in Gənclər Forumunun prezidentini qəbul edib
Ceyhun Bayramov

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, C.Bayramov qarşı tərəfi salamlayaraq ölkəmizin İƏT Gənclər Forumu ilə faydalı əməkdaşlığını məmnunluqla qeyd edib və təşkilatın bu günədək böyük təşəbbüslərə imza atdığını bildirib.

Azərbaycan tarixinin şərəfli səhifələrini yaşadığı bir dövrdə İƏT Gənclər Forumunun rəhbərliyinin ölkəmizə etdiyi bu səfərinin dəstəyin göstəricisi olduğu vurğulanıb. Öz növbəsində, Azərbaycanın İƏT Gənclər Forumunun fəaliyyətini bundan sonra da tam şəkildə dəstəkləyəcəyi qeyd olunub.

Taha Ayhan Qarabağın sevinc, şərəf və xoşbəxtlik qaynağı olduğunu qeyd edərək hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb. Keçirdiyi son görüşlərdə bölgədə yaşanan son gərginlik və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi barədə müzakirələrin aparıldığını qeyd edən Taha Ayhan bundan sonra da həqiqətlərin beynəlxalq müstəvidə aşılanması işinin davam etdiriləcəyini bildirib.

Görüş zamanı həmçinin təşkilatın Avrasiya üzrə Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər ilə bağlı məlumat verilib.

Tərəflər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »