Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatıb
Manat - Maaş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon (Lənkəran, Şəki, Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz) üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılar üçün 190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsini başa çatdırıb.

Nazirlikdən APA-ya bildirilib ki, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilib. SMS-i aldıqdan sonra onlara verilmiş bank kartları vasitəsilə vəsaitlərini müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Birdəfəlik ödəmə 10 şəhər və rayon üzrə 96 min 587 nəfərə ödənib.

Ümumilikdə, bu ilin aprel-may aylarında, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və hazırkı 5-ci dəfə birdəfəlik ödəmələr verilib və bu məqsədlə ümumilikdə 350 milyon manatdan çox vəsait sərf olunub.

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
››› “Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi
Son xəbərlər
Bütün xəbərlər »