Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb mediası: Ermənistan - əlində pis kartlar olan zəif oyunçu
Nikol Paşinyan

Ermənistan ordusu Qarabağ müharibəsində darmadağın oldu. Qafqaz ölkəsində gerçək xaos yaşanır. Bəs Ermənistan niyə bu günə qaldı?

Bizimyol.info xəbər verir ki, ABŞ-ın “The National Interest” qəzeti bu sualdan yola çıxaraq yazı hazırlayıb. Yazıda Ermənistanın Rusiyaya güvənməsi, gözləntilərinin doğrulmamasına görə sarsılması xüsusi qabardılıb.

Müəllif Svante Kornell hələ əvvəldə ermənilərin ötən əsrin 90-cı illərində Azərbaycan torpaqlarını işğal etməsini açıqca yazır. Jurnalist bildirir ki, Ermənistan rəsmi Bakıya münasibətdə aşkar hörmətsizlik nümayiş etdirirdi. İrəvanın aqressiv ritorika ilə danışması da vurğulanıb.

“Ermənistan çox pis vəziyyətə qaldı. Noyabrın 8-də Azərbaycan ordusu Dağlıq Qarabağın rəmzi sayılan Şuşaya daxil oldu. Ermənistanın bir neçə istiqamətdə gözləntiləri özünü doğrultmadı. Ermənistan dünya ictimaiyyətindən belə reaksiya, Rusiyadan bu cür soyuq cavab, Türkiyənin münaqişədə yer almasını, düşməni Azərbaycanın daxili dinamikasının üzə çıxacağını gözləmirdi”.

Müəllif yazır ki, Ermənistan məhz Rusiyanın sayəsində Dağlıq Qarabağı ələ keçirmişdi. Kornellin fikrincə, ermənilərin etnik təmizləmə aparması dünya ictimaiyyətinin belə mövqeyi ilə nəticələnib.

“Ermənistanın böyük bir ərazini işğal etməsi ilə nə dünya ictimaiyyəti barışa bilərdi, nə də Azərbaycan rəhbərliyi. Bakı neft gəlirlərinin böyük hissəsini hərbi gücə sərf etmişdi. Balans bir gün dəyişməliydi. Ermənistan düşünürdü ki, zaman onun xeyrinə işləyir. İrəvan elə bilirdi ki, Moskvaya güvənməklə çox doğru addım atıb. Krımın ələ keçirilməsi erməniləri lap arxayınlaşdırmışdı. Ermənistan açıq-aşkar bildirirdi ki, torpaq qaytarmaq fikrində deyil. 2019-cu ilin mayında Paşinyan Madrid prinsiplərini geri çevirdi. İnqilabla hakimiyyətə gələn rəhbər “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini əminliklə söyləyirdi. İrəvanın ağlına gəlmirdi ki, Azərbaycan diplomatik yolla istəyinə çatmasa, gücünü ortaya qoyacaq”.

Müəllif yazır ki, Ermənistan bu hadisələrdə özünü əlində pis kartlar olan zəif oyunçu kimi aparıb. Hər dəfə iddiaları artırıb, amma real qüvvəsini nəzərə almayıb. Üstəlik, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyana güvənməməsi hadisələrin gedişində xüsusi rol oynayıb. Paşinyan ona etibar etməyən Putinin Rusiyasına arxayın olub böyük danışmamalıydı.

Yazıda Rusiya Prezidentinin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə münasibətlərinin pis olmaması qeyd edilib. ABŞ qəzeti yazır ki, İlham Əliyev dəfələrlə ortaya hərbi güc qoyacaqları ilə bağlı siqnal vermişdi, amma ermənilər bunu anlamaq istəməmişdi.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »