Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq öz Ali Baş komandanı ilə qürur duyur
Əli Hüseynli

Erməni hərbi birləşmələri üzərində qazanılmış tarixi qələbədən sonra 16 noyabr tarixində ölkə başçısının məhz işğaldan azad edilmiş ərazilərə səfəri Prezidentin öz sevinc hisslərini ilk növbədə xalqla bölüşmək arzusundan doğur. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.

Bu, həm də onu göstərir ki, təhlükələrdən və çətinliklərdən çəkinməyən və öz xalqının maraqları naminə qətiyyətlə mübarizə aparan cənab İlham Əliyev öz cəsarətli addımları və siyasi iradəsi ilə seçilən bir liderdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə, ən ağır vəziyyətlərdə belə öz xalqının yanında olan Prezident hər bir işdə xalqın dəstəyinə arxalanır, ona güvənir.

Ordunun qüdrətinə inam hissi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasına çevrilərək Prezidentin “Biz birlikdə güclüyük” şüarı altında xalqın dəmir yumruq kimi birləşməsini təmin etmişdir. Vətən müharibəsinin ilk günlərində, kiçik istisna ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyətinin birgə bəyanatı da bu baxımdan səciyyəvidir.

Öz işgalçılıq siyasətinin qurbanına çevrilmiş və üsyana qalxmış insanların qəzəbindən qorxub gizlənən Ermənistanın üzdəniraq baş naziri Paşinyandan fərqli olaraq Azərbaycan Prezidenti hər zaman olduğu kimi bu gün də öz xalqının yanındadır. Prezidentin Füzuli və Cəbrayıl rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi cənab İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada Prezident İlham Əliyevin adı bu zəfərin müəllifi kimi tarixə yazıldı.

“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, - söyləyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, hər bir hərbçinin Ali Baş Komandanı olduğunu sübut etdi. Azərbaycan ordusu ilə döyüş meydanında məsuliyyətli davranışı ilə qələbənin mənəvi çəkisini daha da artırmış oldu. Bu, ilk nöbədə cənab Ali Baş Komandanın beynəlxalq hüquq normalarına hörmətindən irəli gələn siyasi və hərb mədəniyyətinin təzahürüdür. Çünki, erməni əsgərindən fərqli olaraq mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, eyni zamanda, humanist dəyərləri qoruyan bu ordu bölgəyə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur.

Bu səfər zamanı Xudafərin körpüsünü ziyarət etməsi ölkə başçısının şərəfli Azərbaycan tarixinə və mədəni irsinə münasibəti baxımından simvolik məna daşıyır və ibrətamizdir.

Ali Baş Komandanın ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbəni şübhə altına salmaq istəyən bədxahlara sanballı bir ismarıc kimi bütün mülahizələrə nöqtə qoymuş oldu.

Əli Hüseynli,

Milli Məclisin sədrinin birinci müavini,

Hüquq siyasəti və dövlət quruculuğu komtəsinin sədri

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »