Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənilər müxtəlif təxribatlar edə bilərlər”
Nikol Paşinyan və Vladimir Putin

Politoloq Zaur Məmmədov: “Nikol Paşinyan özünü sığortalamağa çalışır”

Dağlıq Qarabağda razılığa gələn və məğlubiyyəti qəbul edən Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədən çıxmaqdan imtina edən hərbçilərlə bağlı RF Prezidenti Vladimir Putinə şikayət edib.

Bu barədə “Son Dakika” xəbər yayıb.

Məlumata görə, o, RF dövlət başçısına zəng vuraraq: “Məni dinləmirlər, itaət etmirlər”, - deyərək kömək istəyib.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən, işğal altında olan rayonlarda mövqelərini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qrupları, əsasən, Kəlbəcər, Laçın və Ağdam bölgələrində meşədə gizlənirlər. Onlar Rusiya sülhməramlılarının işini çətinləşdirir, hətta onlara atəş açır və regionda gərginliyi artırırlar.

Nəşrin məlumatına görə, özlərinə “Smertnik” (“İntiharçı”) adını qoyan qruplar erməni rahiblərlə birlikdə Kəlbəcərdə kilsədə gizlənərək, müqavimət göstərirlər.

Zaur Məmmədov Zaur Məmmədov

Bununla bağlı Bakı Politoloqlar klubunun rəhbəri Zaur Məmmədov Bizimyol.info- ya verdiyi açıqlamasında bildirib ki, biz Rusiyanın vasitəçiliyi ilə yaxın vaxtlarda Ağdamın, Laçının və Kəlbəcərin tamamilə erməni hərbi birləşmələri tərəfindən boşaldılmasına şahidıik etməliyik:

“Sənəddə “Ermənistan ordusu” deyil, “erməni hərbi birləşmələri” yazılması da Cənab Prezidentin uzaqgörən siyasətindən irəli gəlir. Biz bilirdik ki, ermənilər müxtəlif təxribatlar edə bilərlər. Ermənistan ordusunu çıxarmaq adı daha dar çərçivədə olduğundan söhbət müxtəlf qruplardan, erməni hərbi birləşmələrindən gedir ki, sabah Paşinyan onları itaətsizlikdə də günahlandıra bilər. Bütün bu hadisələr bir daha onu göstərir ki, Rusiya sülhməramlıları qəti addımlarını atmalıdır və bölgədən düşmən hərbiçilərinin hər birini çıxartmalı və rayonları Azərbaycana təhvil verməlidir. Pinsipcə, əgər bacarmasalar, o zaman Azərbaycan hərbçiləri bunu bacara bilər. Üçrətəfli bəyanatın məhz Nikol Paşinyan tərəfindən pozulması artıq regionda hərbi atmosfer yarada bilər. Belə olduğu halda biz bundan sonra Ermənistana heç bir gün də vaxt verməyəcəyik . Ola bilsin ki, Ermənistan daxilində müxtəlif qruplar Paşinyana, doğrudan da, itaət etmirlər. Mən düşünürəm ki, vaxt aparma kimi məsələlər Ermənistana xeyir verməyəcək. Mütləq bu üç rayon tezliklə Azərbaycan ərazisinə qatılacaqdır. Əks təqdirdə biz özümüz bunu güc yolu ilə həll edəcəyik. Özü – özlüyündə Paşinyanın Putinə zəng etməsi və “Məni dinləmirlər” bildirməsi əslində özünü sığortalamaq deməkdir. O özünü sığortalayaraq məsuliyyəti öz boynundan atmaq istəyir. O, Ermənistanın lideridir və bacarmırsa istehfa verə bilər. Əslində bu kimi məsələləri özü yoluna qoymalıdır”.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »