Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin uzaqgörən siyasəti - “Xudafərin” və “Qız Qalası” su bəndi
Xudafərin SES

18 oktyabr 2020-ci il tarixində işğaldan azad edilən Xudafərin körpüsündə Prezident İlham Əliyev Azərbaycan bayrağını qaldırıb. Bu, dövlət başçısının işğaldan azad olunan ərazilərə səfəri zamanı gerçəkləşib.

Qeyd edək ki, 13 fevral 2016-ci il tarixində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyaları haqqında imzalanmış saziş bu ilin əvvəllərində sosial mediada müzakirələrə səbəb oldu. Bəzi ekspertlər bu sazişin Azərbaycanın milli maraqlarına uyğun gəlmədiyini bildirirdilər.

Bu gün “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının olduğu ərazilərdə Azərbaycan bayrağı dalğalanır.

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyaları haqqında sazişinin siyasi əhəmiyyətilə bağlı danışan Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bizimyol.info-ya bildirib ki, burada seçilən strategiya Prezident İlham Əliyevin gələcəyə yönəlmiş savaş planlarının tərkib hissəsi idi.

Zahid Oruc Zahid Oruc

“Qeyd edim ki “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyaları haqqında sazişi uzun sürən danışıqların nəticəsi idi. Azərbaycanın ən ağır dövründə ümummilli lider Heydər Əliyev prinsipial mövqe tutmuşdu. Odur ki hər zaman Azərbaycanın ərazilərində dövlətin qərarından, imzasından kənar hər hansı bir iş görülə bilməz və xüzusilə işğalçıların bu əməkdaşlıqdan istifadə edə bilməz, faydalana bilməz. Sonralar İran tərəfi də bu məsələdə prinsipial və düzgün davaranaraq Azərbaycanın qanuni iddialarını tanıdı və qəbul etdi. Belə ki həmin sazişdə Azərbaycanın beynəlxalq hüquqla tanınmış prinsiplərinin tanınmasına getdi və cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə müvafiq olaraq hökumət strukturları bu sənədi imzalandı. Və ardınca parlament bu sazişi ratifikasiya etdi. O zaman Milli Məclisdə işğaldan doğan nəticələri vurğulamışdıq və həmin sənədin işləməsi üçün atılmalı olan addımlarla bağlı fikirlərimizi bölüşmüşdük.

Və birdən-birə 2020-ci ildə bu sənədlə bağlı mediada kampaniya başladı. Bəzi qüvvələr Araz çayı üzərində tikilən su elektrik stansiyası və hidroqovşağın milli maraqlarımıza zidd olduğunu dedilər. Azərbaycan mənafelərinin satılmasını iddia edən qüvvələrə qarşı gerçək olan stiuasiyanı və hüquqi dəlilləri ortaya qoyurduq. Burada seçilən strategiya Prezident İlham Əliyevin gələcəyə yönəlmiş savaş planlarının tərkib hissəsi idi”,-deyə Z.Oruc bildirib.

Deputat qeyd edib ki bu layihə bölgəyə qoyulan ən mühüm investisiyalardan biridir və İranla Arərbaycan arasında yaxşı mənada körpüdür: “Dövlət başçısının ötən gün bölgəyə səfərinin baş ünvanı məhz bizim üçün müqəddəs yerlər olub. Prezident oradan önəmli mesajlar verdi.

2016-cı ildə imzalanmış saziş məhz bu gün Azərbaycana xidmət edir. Bu o deməkdir ki həmin sənəd hazırlanarkən onun Azərbaycanın milli maraqlarına və xalqın ehtiyaclarına xidmət etməsi göz önünə alınıb.

Və həmin saziş savaşın çoğrafiyasının da genişlənməsinin qarşısını aldı. Bu üzdən İlham Əliyev strateqdir, İlham Əliyevin uzağa gedən planları hamıdan daha üstündür”.

Ramid İbrahimov

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »