Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: “Qarabağ üzrə razılaşmaya əməl edilir”
Vladimir Putin

“Rusiya bizə dost olan iki dövlət arasında gedən hərbi əməliyyatları dayandırmaq və onları güzəştli həllə təşviq etməyə yardımçı olmaq üçün aktiv səylər göstərib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika (BRİCS) ölkələri sammitində çıxışında bildirib.

“Bizim vasitəçiliyimizin nəticəsində noyabrın 9-da atəşin tam dayandırılması və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gəlinib. Bütün bunlar Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatda qeyd olunub. Vacib olan odur ki, qeyd olunan razılıqlara riayət olunur. Hərbi əməliyyatlar tam dayandırılıb, vəziyyət sabitləşir. Beləliklə, böhranın uzunmüddətli və tam formatlı nizamlanması üçün həm Azərbaycan, həm də erməni xalqlarının maraqlarına uyğun olaraq ədalətli əsaslarla şərait yaradıldı”, - deyə Rusiya prezidenti vurğulayıb.

Paylaş »
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »