Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistandan uğursuz cəhd: Prezidentin "nişana alınması" barədə təxribat baş tutmadı - Foto
Ermənistandan uğursuz cəhd: Prezidentin "nişana alınması" barədə təxribat baş tutmadı - Foto

Bu gün dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Füzuli rayolarına səfəri ilə əlaqədar fotoşəkillər yayıldı. Şəkillərdən birində İlham Əliyevlə Mehriban Əliyevanın uzaqdan olan görüntüsü guya snayper obyektivindən çəkilmiş kimi təqdim edildi.

Bildirildi ki, bu İran tərəfindən kəskin nişançının lentə aldığı görüntülərdir. İlk baxışda ağıla bir şey gəlir. Dövlət başçısının həyatı risk altında olub. Bəs onu nişan alan kimdir? İran hərbiçisi.

Bu, iki dövlət arasında təfriqə salmaq istəyindən başqa bir şey ola bilməz. Çünki, bir təhlükə olsa, bunu Prezidentimiz də görərdi, bilərdi, o əksinə Xudafərini "Dostluq körpüsü" adlandırmaqla xoş mesaj ötürdü. Bəs bu feyk şəkli kim yayıb? Araşdırmaçı jurnalist Elçin Alıoğlu bildirib ki, xəbəri yayan "MiranPress" adlı "İran mediası" kimi qələmə verilən, Ermənistanda yaradılmış Telegram kanalıdır.

"Xudafərində "snayper nişangahı görüntüləri" feykinin müəllifini tapdım.

Bu primitiv yalanın ilk mənbəsi "MiranPress" adlı, "İran mediası" kimi qələmə verilən, Ermənistanda yaradılmış Telegram kanalıdır.

Kanalın yaradıcısı və müəllifi Tatul Gegamyandır. MiranPress kanalı sentyabrın 28-də, İkinci Qarabağ Müharibəsi başlayan günün ertəsi yaradılıb.

Xudafərindəki "snayper nişangahı" feykinin müəllifi də erməniərin fars dilində kontent paylaşaraq "İran mediası" kimi sırımağa çalışdıqları, vur-tut 385 abunəçisi olan kanaldır.

Kanalı işlədən Tatul Varazadoviç Gegamyan İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin 4-cü kurs tələbəsidir",- deyə o bildirb.

İlhamə

Erməni təxribatı

Son xəbərlər
Bütün xəbərlər »