Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviyalı deputat: “Ermənistan tərəfi işğalçı olduğunu bir daha sübut etdi”
Vüqar Etsmanis

“Çox təəssüf ki, Ermənistanın mövqeyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə imkan vermədi”.

Bunu “Report”a Latviyanın Valmiera Şəhər Dumasının deputatı Vüqar Etsmanis deyib.

“Bunun səbəbi Ermənistanın 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməkdən imtina etməsidir. Latviya Dağlıq Qarabağ münaqişəsi məsələsində BMT Təhlükəsizlik Şurasının mövqeyini dəstəkləyir. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını tələb edən dörd qətnamə qəbul edib. Üstəlik, Ermənistan tərəfi işğal olunmuş ərazilərin azad edilməsi prosesi zamanı Azərbaycanın əmlakını talan etməklə bir daha bütün dünyaya işğalçı olduğunu sübut edir. Onları oraların öz torpaqları olmadığını başa düşürlər və bilirlər. Əks təqdirdə, meşələri qırmaz, evləri yandırmazdılar”, - o bildirib.

Deputat qeyd edib ki, Azərbaycan prezidentinin simasında son ana qədər münaqişənin siyasi həllinə nail olmağa çalışıb, lakin Ermənistanın mövqeyi buna tamamilə mane olub.

“Minsk üçlüsünün vasitəçiliyi ilə Ermənistanın Dağlıq Qarabağı tamamilə tərk edəcəyinə, üçüncü müharibə olmayacağına və bütün insanların təxminən 30 ildir gözlədiyi sülhün gələcəyinə çox ümid edirəm. Azərbaycanın necə inkişaf etdiyinə baxsaq, bu bölgənin də firavan və gözəl olacağını inamla deyə bilərik”, - deputat söyləyib.

V.Etsmanis həmçinin Azərbaycan və Latviya arasında ticarət və turizm sahəsində bir sıra məsələlərdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini də qeyd edib.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
Son xəbərlər
Bütün xəbərlər »