Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsgər ailəsi işıqsız qaldı
Şuşada xidmət edən Kərimov Rahib

Redaksiyamıza əsgər ailəsində şikayət daxil olub. Şikayətdə bildirilir ki, Şuşada döyüşən əsgərin evi işıqsız qalıb.

“Ağsu rayon sakini, hazırda Şuşada xidmət edən Kərimov Rahib Sahib oğlunun bir neçə gündür ki, evində işıq yoxdur”

Evin işıq sayğacı olmadığı üçün qonşudan işıq götürürmüşlər. Əsgərin yaxınlarının dediyinə görə, hazırda qonşu da işığı kəsib və ailə qaranlıqda qalıb.

Qeyd edək ki, əsgər Kərimov Rahibin iki övladı var və evdə tək işləyən odur, o da hərbi xidmətdə olduğu üçün ailəsi çətin durumdadır.

Məsələ ilə bağlı "Azərişıq” ASC-nin  mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu ilə əlaqə saxladıq. O, sayğac quraşdırma işinə Asan Kommunalın baxdığını bildirsə də, əsgərin ailəsinə kömək etməyə çalışacaqlarını bildirdi.

Məsələni nəzarətdə saxlayacağıq.

Leyla Mirzə

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
Son xəbərlər
Bütün xəbərlər »