Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı deputat Solovyovun cəzalandırılmasını tələb etdi
Vladimir Solovyov

Rusiya Dövlət Dumasının deputatı Tamara Pletneva Rusiya Teleradio Yayım Şurasının Baş direktoru Oleq Dobrodyevə müraciət edərək "Rossiya1" telekanalında müəllif proqramı olan Vladimir Solovyovun Dağqlıq Qarabağ münaqişəsində nümayiş etdirdiyi mövqeyə narazılığını bildirib.

Bizimyol.info Rosbalt-a istinadən xəbər verir ki, o jurnalistin ölkədaxili nüanslara diqqət etməli olduğunu vurğulayıb.

"Mənə jurnalistlər zəng edib, Solovyovun təxribatçı mövqeyi barədə bildiriər.O obyektivlik prinsipinə əməl etmək əvəzinə radikal şəkildə Dağlıq Qarabağ münaqişəsinin tərəflərindən olan Ermənistanı dəstəkləyir. Solovyov və onun dəvət etdiyi qonaqlar həqiqəti yalnız ermənilər tərəfdən şərh edir və proqramda Azərbaycan, eləcə də Türkiyə əleyhinə fikirlər səsəndirilməsinə imkan yaradıb. Rusiyada 33 milyon müsəlman yaşayır, Rusiya əhalisinin 10 faizi (16 milyon) türkdilli xalqlardır.Bu auditoriiya Dağqlıq Qarabağda baş verənləri Solovyov kimi dəyərləndirmirlər. Buna görə də artıq bir neçə həftədir Solovyov və qonaqlarının Azərbaycana qarşı sərgilədiyi mövqe tamaşaçıların bir çoxu üçün təhqiramizdir. Aparıcının bu mövqeyi Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilə bilər və bu ölkədə millətər arasına nifaq sala bilər.Xahiş edirəm Qarabağ müharibəsinə böyük diqqət və marağın olmasını nəzərə alaraq öz aparıcınızın əməlinə düzgün qiymət verəsiniz",- deyə Duma üzvü qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »