Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Qara dənizdə Türkiyəyə boy göstərişinə çıxır
Hərbi gəmilər

Rusiya və Misir Qara dənizdə hərbi təlim keçmək barədə razılıq əldə edib.

Bizimyol.info xəbər verir ki, hərbi təlim "Dostluq körpüsü-2020" adı altında 17-24 noyabrda baş tutacaq.

Rusiya və Misirin birlikdə təlimlərə başlamasının Türkiyəyə nə kimi təsiri ola bilər? Bu birləşmənin Türkiyənin Azərbaycana dəstək verməsi ilə bağlı əlaqəsi varmı?

Turab Rzayev Turab Rzayev

Bizimyol.info-nun suallarını cavablandıran politoloq Turab Rzayev bilirib ki, Türkiyə Qafqazda çox qabağa getsə, Rusiya Qara dənizdə Türkiyəyə maneə yaradacaq.

“Bu Türkiyəyə qarşı bir mesaj xarakteri daşıyır və göz dağı kimi düşünülüb. Əgər Türkiyə Qafqazda çox qabağa getsə, Rusiya Qara dənizdə Türkiyəyə maneə yaradacaq. Türkiyə Aralıq dənizinin şərqində təklənmiş vəziyyətdədir.Orada 3 tərəfli müqavilələr var. Kipr- Yunanınstan – Misir, İsrail-Yunanıstan-Misir, Suriya-Kipr-Yunanıstan və s. Həmin o bölgədəki bütün dövlətlər demək olar ki, vahid bir cəbhə halında Türkiyəyə qarşıdır. Burada əsas iki amil var, biri Fransadır Yunanıstan,Kipr kimi ölkərləri Türkiyəyə qarşı cəlb edib. İkincisi isə ərəb millətçiliyidir və burada əsas rol oynayan Səudiyyə Ərəbistanı və BƏƏ-dir. BƏƏ Liviyada Türkiyəyə qarşı müharibə aparan, əsas sponsorluq edən və silahların pulunu verən ölkədir. Bu ölkələrin qərblə yəni Fransa, Avropa, Amerika ilə münasibətləri olsa da, Rusiya ilə də ayrıca bir münasibətləri formalaşıb. Rusiya həm Liviyada, həm də Suriyada hansısa şəkildə Türkiyə ilə qarşı-qarşıyadır. Belə bir vaxtda Türkiyə Qafqaz cəbhəsində daha çox mövqe, yer tələb etdikcə, münaqişəyə daxil olmağı tələb etdikcə bunun qarşısını almaq üçün Rusiya Misirlə Qara dənizdə birləşərək mesaj verir. Yüngül desək, Rusiya Türkiyəni şantaj etməklə məşğuldur”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »