Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəsib Məhəməliyev: Bu prezidentin zəfər yürüşü idi
İlham Əliyev və Mehriban Əliyeva Xudafərin körpüsündə

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Zəfərimiz elan edilsə də təhlükə tam çəkilmiş sayılmaz.Bununla belə ölkə başçısı bütün risklərə baxmayaraq azad edilmiş torpaqlara ayaq basdı. Üstəlik zirehli avtomobili özü idarə edərək. Bu səfər dosta sevinc, düşmənə göz dağı verdi.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Millət vəkili Nəsib Məhəməliyev Bizimyol.info-ya verdiyi açıqlamada dövlət başçısının səfərini qələbə səfəri kimi qiymətləndirdi.

"Prezidentimizin dünən Cəbrayıl və Füzuli rayonlarına etdiyi səfər qələbə səfəri idi. Mən bunu, çox zamanında düşünülmüş bir səfər kimi qiymətləndirirəm. Ali Baş Komandan və prezident olaraq İlham Əliyev 30 il işğal altında qalmış və nəhayət azad edilmiş torpaqları öz gözləri ilə görmək, ayaq basmaq istədi və bunu etdi. Bu səfərin təbii ki, riskləri də var idi. Amma cənab İham Əliyev savaş başlayandan bəri öz qorxmazlığını, cəsarətini dəfələrlə nümayiş etdirdi. O gələcəkdə də işğal altından azad edilmiş torpaqlarımıza səfərlər edəcək. İnfrastrukturun, gələcək abadalaşdırma işlərin qiymətləndirilməsi, vurulmuş ziyanın hesablanması, Ermənistandan təzminat tələbi, onların beynəlxalq məhkəmələrə verilməsi kimi işlərin həlli üçün hər yeri öz gözü ilə görməsi önəmlidir.Həm Ali Baş Komandanın bu səfərləri insanlarımıza, hərbiçilərimizə mənəvi dayağı ifadə edir, ruh yükəskliyi verir. O öz torpaqlarımızda inamla, sevinclə gəzib, önəmli mesajlar verdi. Xudafrin körpüsünü dostluq körpüsü adlandırdı",- deyə deputat bildirb.

Dünən məlum olduğu kimi, Rusiya sülhməramlıları ilə erməni hərbiçilər arasında Ağdam ərazisində atışma olub. Hadisə nəticəsində 18 erməni, 4 rus hərbçi yaralanıb. Ermənistan tərəfi onsuz da bu məğlubiyyəti həzm edə bilmir və təxribatların baş verməsi də gözləniləndir. Bəs atəş səsləri çoxlarsa, torpaqlarımızdan çıxmaq istəməslər necə olacaq? Bu suallar cəmiyyətimizi həddən artıq narahat edir.Bu barədə sualımızı cavablandıran millət vəkili qeyd etdi ki, lazım gələrsə ordumuz bütün problemləri həll edə bilər.

"Düşünürəm ki, ermənilərin torpaqlarımızdan çıxmasına Rusiya zəmanət verib, sülhməramlı missiyasını öhdəsinə götürdüyünə görə bu onun öhdəliyindədir. İş düşmənin işğal etdiyi ərazilərdən "çıxmayacam" deməyinə qədər gedib çıxmaz. Amma əgər onlar yenə bu addımı atmaqda israr etsələr, bu nəticəyə təsir etməyəcək, biz onları əsgərimizin gücüylə torpaqlarımızdan çıxaracağıq".

İlhamə Rəsulova

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »