Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Azərbaycana hərbçi göndərməsi ilə bağlı layihə bu gün parlamentdə müzakirə ediləcək
Türkiyə Böyük Millət Məclisi

Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsini nəzərdə tutan qanun layihəsi bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılacaq.

“Report” xəbər verir ki, bu barədə məlumat “Milliyet” qəzeti yayıb.

Qeyd olunub ki, layihənin bu gün - Azərbaycanın Milli Dirçəliş Günündə müzakirəyə çıxarılması Türkiyənin Azərbaycana dəstəyinin növbəti ifadəsidir.

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. Layihə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Paylaş »
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
Son xəbərlər
Bütün xəbərlər »