Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən faktiki hava şəraiti ilə bağlı açıqlama
Yağış

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində faktiki hava şəraiti ilə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, nazirliyin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 17-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış yağıb, Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv olub, Daşkəsəndə qar yağıb.

Düşən yağışın miqdarı Xaçmazda 96 (aylıq normanın 292 faizi), Astarada 6, Lerikdə 4, Lənkəranda 3, Ordubad, Yardımlıda 2, Ağdərə, Daşkəsən, Naxçıvan, Biləsuvar, Şahbuzda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 57 (aylıq normanın 195 faizi), Maştağada 41 (aylıq normanın 108 faizi), Bakıda 38 (aylıq normanın 130 faizi), Sumqayıtda 15 mm (aylıq normanın 54 faizi) olub.

Havanın temperaturu Bakıda iqlim norması daxilində olub, maksimal temperatur Bakı və Abşeron yarımadasında 12-14, aran rayonlarında 14-17, dağlıq rayonlarda 0-4, Naxçıvan MR-da 10-12 dərəcə isti olub.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
Son xəbərlər
Bütün xəbərlər »