Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur futbolçu 3-cü saniyədə sarı vərəqə aldı
Futbol

"Boka Xuniors" klubunun futbolçusu Karlos Teves Argentina çempionatında rekord müəyyənləşdirib.

"Report" xəbər verir ki, 36 yaşlı hücumçu "Talyeres"lə matçın 3-cü saniyəsində sarı vərəqə ilə cəzalandırılıb.

O, ölkə çempionatı tarixinə ən tez xəbərdarlıq alan oyunçu kimi düşüb.

Qarşılaşma "Boka Xuniors"un 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın 2 oyunçusu qırmızı vərəqə görərək meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, Teves bu mövsüm oynadığı 24 matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu karyerası ərzində İngiltərədə "Mançester Yunayted" və "Mançester Siti", həmçinin İtaliyada "Yuventus" kimi komandaların formasını geyinib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »