Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Rusiya baş naziri ilə iş birliyindən danışdı...
Nikol Paşinyan

İşğalçı və terrorçu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hökumət başçısı Mixail Mişustinlə telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə qəsbkar Ermənistan hökumətinin saytı məlumat yayıb. Məlumata görə, həmsöhbətlər 10 noyabr atəşkəs razılaşmasından sonra Ermənistanla Rusiya arasında iş birliyinin gündəliyini və aktual məsələləri müzakirə ediblər.

Rusiya Baş naziri ilə telefon danışıqlarından az öncəki çıxışlarından birində Paşinyan ermənilərin son Qarabağ savaşında məğlub olmasının Ermənistan-Rusiya münasibətlərində guya nəsə problem olmasıyla əlaqələndirilməsini “mif” adlandırıb.

“Rəsmi olaraq bildirirəm ki, son 5 ildə Rusiyanın Qarabağ məsələsindəki mövqeyi heç bir dəyişikliyə uğramayıb”- deyə təcavüzkar ölkənin hökumət başçısı bildirib. Rusiya ilə münasibətlərə gəldikdə, o, həmin münasibətlərin lazımi səviyyədə qalmaqda davam etdiyini söyləyib.

"Ermənistan-Rusiya münasibətləri strateji müttəfiqlik əlaqələri olub və belə də qalır. Və düşünürəm ki, buna heç kim şübhə etmir" – deyə Paşinyan vurğulayıb.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »