Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 17 noyabr, 2020
Bürclər

Qoç - təhsil, bilik və bacarıqların artırılması, təcrübə bazasının genişləndirilməsi üçün istifadə etmək olar. Əqli əmək sizi sevindirməklə yanaşı, konkret nəticələr də verəcək.

Buğa - emosional yön baxımından olduqca əlverişsiz gündür. Sakit və səbrlə davranmaq asan deyil. Əhvalınız kəskin şəkildə dəyişə bilər.

Əkizlər - işdə həmkarlar və rəhbərliklə problemlərin yaranması istisna deyil. Hadisələrin belə arzuolunmaz məcrada baş verməməsi üçün emosiyaları işgüzar maraqlardan ayırın.

Xərçəng - iş yoldaşlarınızla qaba və aqressiv davranmayın. Məqsədə çatmaq üçün hiyləyə əl atmayın.

Hiyləgərlik etsəniz, uğura nail ola bilərsiniz. Amma unutmayın ki, belə davranışın çox ağır nəticələri və fəsadları ola bilər.

Şir - həmkarlar və işgüzar tərəfdaşlarla bir sıra məsələləri həll etmək, münasibətləri rəvanlaşdırmaq üçün əlverişli gündür. Gün asan deyil. Lakin vaxtınızı hədər itirməsəniz, məhsuldar ola bilər.

Qız - diqqət və sayıq davranış tələb edən işlər müxtəlifdir. Onları həll edə bilərsiniz. Müstəqil şəkildə düşünməli, hərəkət etməli və suallara cavab tapmalı olacaqsınız.

Tərəzi - yaxın ətrafınızdakı insanlarla münasibətlər normal olacaq. Haqlı olduğunuzu sübut etməyə lüzum yoxdur. İdeyalarınız rəğbətlə qarşılanacaq. Qətiyyətli və təşəbbüskar olun.

Əqrəb - pozitiv təmayüllərin təsiri güclüdür. İşgüzar aktivliyiniz yüksək olsun ki, uğurlara bel bağlaya biləsiniz.

İşdə mövqeləriniz möhkəmlənə bilər. Təşəbbüskar olun, nəyə qadir olduğunuzu göstərin.

Oxatan - maraqlı ideya və təkliflərlə çıxış edin, lider məziyyətlərinizi göstərin, təşkilatçılıq məharətinizi nümayiş etdirin. Unutmayın ki, işdəki irəliləyişinizin bundan sonrakı durumunun asılı olduğu insan sizi diqqətlə müşahidə edir.

Oğlaq - xırda problemlərə həddən ziyadə diqqət verməyin. Gündəlik məişət qayğıları sizi pərişan etməməlidir.

Hər şeyə sadə yanaşın, gözütox olun və ən başlıcası - çətinliklərdən qorxmayın.

Dolça - peşəkar müstəvidə uğurlarınız və nailiyyətləriniz böyük olmayacaq. Çox fikirləşməyin, yoxsa fəaliyyət üçün vaxt az qalacaq. Başqasının əməllərini təkrarlamayın. Müstəqil addım atın, öz yolunuzu gedin. Maliyyə durumunuzda yaxşılaşma ola bilər.

Balıqlar - alış-verişdə bədxərclik etməyin. Sevdiyiniz insanla münsibətlərdə sərt davranmayın. Ən kiçik, ilk baxışdan önəmsiz səbəbdən münaqişə yarana bilər. Sakit olun, toxtaq davranın.

Milli.Az

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »