Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın 150-yə yaxın şəhərində karantin rejimi tətbiq olunacaq, hərəkət məhdudlaşdırılacaq
iran bayrağı

Noyabrın 21-dən İranın bir sıra şəhərlərində hərəkət məhdudlaşdırılacaq.

APA-nın verdiyi xəbərə görə, bu barədə yeni növ koronavirusla (COVID-19) mübarizə üzrə Milli Qərargah məlumat yayıb.

Bu şəhərlər COVID-19-un yayılma səviyyəsinə görə “qırmızı zona”ya daxildirlər.

Hərəkətə məhdudiyyət iki həftə ərzində hər gün saat 21.00-dan 04.00-a qədər müddəti əhatə edəcək. Eyni zamanda, bu şəhərlərdə bütün özəl və dövlət müəssisələrini əhatə edən karantin rejimi tətbiq ediləcək, yalnız ərzaq mağazaları, xəstəxanalar və apteklərin fəaliyyəti istisna olacaq.

İki həftə ərzində tətbiq olunacaq məhdudiyyətlər Tehran da daxil olmaqla, 150-yə yaxın şəhəri əhatə edəcək.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »