Nikol Paşinyan məğlubiyyətə görə məsuliyyəti üzərinə götürüb. Amma Ermənistanın Baş naziri bütün problemlərin yükünün onun çiyninə qoyulmasına da etiraz edir.
Bizimyol.info xəbər verir ki, Paşinyan Şuşanı satması ilə bağlı ittihamları yaxına buraxmayıb.
“Kim satıb Şuşanı? Şuşa satılıbsa, bu, son 30 ildə baş verib. Şuşa çox bədbəxt, boz şəhər idi”, - Paşinyan parlamentdə çıxışı zamanı belə deyib.
Baş nazir bildirib ki, mədəniyyət şəhərini indi itirməyiblər. Paşinyan Şuşanı 30 il ərzində alaq otlarının basdığını deyib: “Şuşa bizə lazım idi? Lazım idisə, onda niyə bu vəziyyətdə idi? İndi mənə deyirlər ki, niyə Dağlıq Qarabağ prezidentinin andiçmə mərasimi Şuşada keçirildi? Təsəvvür edin, erməni elitası düşünürdü ki, onun Şuşada mərasim keçirməyə haqqı yoxdur. Şuşa düşüncələrdə olmayanda itirilmişdi”.