Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni valideyn: “Uşağıma görə kim cavab verəcək?”
Erməni uşaqları döyüşə aparılır

Azərbaycanla 44 günlük müharibə Ermənistan ordusunu tamamilə sıradan çıxarıb.

Həlak olanların, yaralıların, itkin düşənlərin dəqiq sayı hələ də bilinmir.

Bizimyol.info xəbər verir ki, əsgər valideynləri duruma ciddi etiraz edir. Noyabrın 16-da İrəvanda Müdafiə Nazirliyinin qarşısında onların etiraz aksiyası baş tutub. İtkin düşənlərin valideynlərinin əksəri 40 gündən çoxdur övladlarından xəbər ala bilmir.

“Şəxsən mən bir aydan artıqdır hər gün bura gəlirəm. Son on gündə deyirlər ki, işləyirik, bizə mane olmayın. Qoy cavab versinlər görüm, nə iş görüblər”, - valideynlərdən biri deyir.

Aksiya iştirakçıları Müdafiə Nazirliyinin müharibədən sonra informasiya verməkdən tamamilə imtinasından çox narazıdır. Onlar dövlət qurumunu məsuliyyətli davranmağa çağırıblar.

“Əlli gün keçib. Uşağıma görə kim cavab verəcək? Xalqa nə qədər yalan danışmaq olar? Naziri çağırın bura. Hanı mənim uşağım?” - başqa bir erməni valideynin sözləridir.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
Son xəbərlər
Bütün xəbərlər »