Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: “Beynəlxalq ictimaiyyət Azərbaycana torpaqları qaytarmağı tələb edirdi”
Nikol Paşinyan

Ermənistanda böyük etiraz dalğası ilə üzləşən Baş nazir Nikol Paşinyan bir neçə gündür ictimaiyyət arasında görünmürdü. Hökumət rəhbəri noyabrın 16-da ölkə parlamentinə təşrif buyurub.

Bizimyol.info xəbər verir ki, Paşinyan vəzifədən getməyə hazırlaşmadığını söyləyib. Baş nazir Ermənistan mətbuatına müsahibəsində çox maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, 2018-ci ildən sonra Azərbaycanla sülh danışıqları geriyə dönməz mərhələyə qədəm qoyub.

“Məsələ heç nə almadan ərazi vermək mərhələsinə keçmişdi. Məntiqi dəyişdirməyə, bununla razılaşmamağa çalışdım. Təəssüf ki, müvəffəq ola bilmədik. Çünki müharibədən əvvəl ərazilərin ilkin şərt olmadan verilməsinə dair beynəlxalq konsensusun yarandığı bir vəziyyətdə idik”.

Paşinyan bütün baş verənlərə görə məsuliyyəti üzərinə götürüb. İfadəsi “əmma”sız da ötüşməyib: “Beynəlxalq ictimaiyyət Azərbaycana torpaqları qaytarmağı tələb edirdi”.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »