Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yağış bəzi fəsadlar yaradıb - Video
Sel - Yağış

Bu gün gecə saatlarından başlayan yağış Bakıda əsas yollarda və ara küçələrdə gölməçələrə səbəb olub.

Bizimyol.info xəbər verir ki maşınların və piyadaların hərəkəti çətinləşib, bəzi maşınlar suyun çoxluğundan yolun ortasında qalıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki havanın yağışlı keçməsi yollarda suyun yığılmasına səbəb olub: “Hazırda davam edən yağışla əlaqədar bəzi ərazilərdə su yığılması halları müşahidə olunur. Bu da, öz növbəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Sürücülərə belə ərazilərdən keçərkən diqqətli olmalarını tövsiyə edirik".

Bakıda yağan güclü yağış torpaq sürüşməsinə səbəb olub. Nəticədə Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında istinad divarının aşması nəticəsində 3 avtomobil daşlar altında qalıb.

Suraxanı Rayon 62 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri yağış kanallarını təmizləsə də, problem həll olunmayıb.

Ramid İbrahimov

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »