Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millimizin futbolçusundan koronavirusa yoluxması ilə bağlı açıqlama
Futbol

"Sloveniya ilə qolsuz heç-heçə etdiyimiz oyundan sonra otelə gəldik. Ondan sonra hər şey qaydasında idi. Növbəti gün isə Zaqrebə yola düşdük. Həmin axşam isə otaqda temperaturum qalxdı".

Bu fikirləri "Report"a açıqlamasında koronavirusa yoluxan Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə deyib.

27 yaşlı cinah oyunçusu həmin vaxt özünü pis hiss etdiyini bildirib: "Daha sonra test verdik və nəticəsi müsbət oldu. Hazırda oteldə karantindəyəm. Otaqdan bayıra çıxmağa icazə yoxdur. Ən azı 10 gün belə olacaq. Temperaturum bir az düşüb. Halsızlıq və baş ağrısı var".

Qeyd edək ki, Təmkin Xəlilzadədən başqa yığmanın digər üzvü Rahil Məmmədov da koronavirusa yoluxub. Hər iki futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Monteneqro ilə matçını (0:0) buraxıb.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Son xəbərlər
Bütün xəbərlər »