Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş infeksionist pandemiya dövründə qrip peyvəndinin vacibliyindən danışdı
Təyyar Eyvaziov

Koronavirusa yoluxanların sayı sürətlə artmaqda davam edir. Artıq yoluxma sayı 2259-a, ölənlərin sayı isə 21-ə çatıb.

Havaların dəyişməsi ilə əlaqədar olaraq xəstəxanalara da müraciətlər artmaqdadır. Qrip virusunun çoxaldığı fəsildə insanlar təşviş içərisində qalır və qripi koronayla ayırd etməkdə çətinlik çəkirlər. Bunun üçün də həkimlər tərəfindən qripə qarşı peyvəndlərin vurulması tövsiyyə olunur.

Bizimyol.info xəbər verir ki, respublikanın Baş infektsionisti Təyyar Eyvazov Bizimyol.info-ya açıqlamasında indiki vaxtda qripə qarşı peyvənd olunmağın çox vacib məsələlərdən biri olduğunu vurğulayıb.

“Hər birimiz arzu edərdik ki, yoluxmaların sayı azalsın və artıq rahat nəfəs alaq. Bunun üçün hər birimiz fərd olaraq çalışmalıyıq ki, bizə dəfələrlə deyilən qaydalara riayət edək. Bu artım iqlim, havaların soyuması ilə birlikdə həm də insanlarım qaydalara əməl etməməsi ilə bağlıdır.

İnsanların peyvəndlərə münasibəti müxtəlifdir. Böyük əksəriyyət bunu alqışlayır amma bir qism insanlar var ki, peyvəndləri ümumiyyətlə qəbul etmək istəmir. Bu bütün dünyanın problemidir. İndiki vaxtda qripə qarşı peyvənd olunmaq çox vacib məsələlərdən biridir. Çünki qripin özü də respirator xəstəliklərdən biridir. Təsəvvür edin ki, həm qripə, həm də koronavirusa eyni vaxtda yoluxa bilərik. Bu isə orqanizmdə gedən prosesləri daha da ağırlaşdıra bilər. Bu peyvənd ən azı bizi qripdən qoruyacaq. Xəstələndikdə artıq biləcəyik ki, bu artıq qrip deyil”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »