Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pənah Hüseyin: Ermənilər rus bayrağına sığınıb lotuluq edirlər
Pənah Hüseyn

“Bizim üçün vəziyyət kritikdir. Bu gün Kəlbəcərdə olan mülki əhali yox terrorçudurlar. Onlar ora sonradan köçürülmüş insanlardırlar.

Getmirlərsə, partizan döyüşünə qoşulurlarsa bu partizanlıq deyil terrorçuluqdur”, Bizimyol.info xəbər verir ki, bu fikirləri Xalq partiyasının sədri Pənah Hüseyin səsləndirib.

“Bizim qoşunlarımız Kəlbəcərə girməliydi. Ruslar nə bizi, nə türkləri yanlarına qoymaq istəmirlər. Ankarada gedən danışıqlar nə ilə bitəcək? Bizim göstərdiyimiz səbrin tək səbəbi budur.Türkiyədə ruslarla keçirilən görüşlərdir. Bu görüşlərin bitməməsi, uzanması da narahatlıq yaradır. Ermənilər rus sülhməramlılarının bayrağı altında lotuluq edirlər.

Müqaviləyə əməl edilməsə nə olacaq? Qərarən təftişinin əleyhinəyəm. İnanaq ki, bu axırıncı güzəştdir. Onlara verilən hər güzəşt bizə əlavə problemlər yaradır. Bu məsələdə qərarı dövlət qəbul edib. 10 gün vaxt istənilməsinə göstərilən səbəbə heç kim inanmır.Gündə Vardenesə 3 dəfə avtobus gedir, bunu özləri deyirlər. Deməli yol bağlı deyil. Deməli, gecikmənin ayrı səbəbi var. Amma həddən artıq humanizm də özümüzü kəsən qılınc olacaq.Rus sülhməramlılar öz mandatlarından kənara çıxıblar. Bu davam edərsə, biz onları ərazimizdən çıxara bilərik. Məncə Ankara danışıqlarının nəticəsindən asılıdır. Əks halda bu sənəd əleyhimizə işləyəcək. Türkiyə missiyasının burda iştirakı vacibdir.Gələcəkdə Rusiya Türkiyə ittifaqında Azərbaycan körpü rolu oynamalıdır.Azərbaycan öz mövqeyini hər an ortaya qoymalıdır.Biz İlham Əliyevə etimad elan etmişik, mövqeyimiz öz qüvvəsində qalır.İlham Əliyev Şuşanın azad edilməsilə öz adını tarixə yazdırdı. Bu öz yerində. Amma o bir neçə gündür susur, xalqın onun çıxışına nigarançılığa son qoymasına ehtiyacı var.Biz qanla aldığımız torpaqlardan başqa bir metr də başqa yerə girməmişik. Biz tələsməliyik. Ermənilər vaxt udmaq istəyirlər.Onlar ATƏT-i, status- kvo-nu diriltmək istəyirlər.Söhbəti 2021-ə qədər uzatmaq istəyirlər. Xaos yatışsın, ABŞ-da vəziyyət sabitləşsin və onlar köhnə qaydada davam etsinlər.Bunu anlamaq çətin deyil. Hesab edirəm ki, azad edilmiş torpaqlarda dərhal məskunlaşma başlamalıdır.Həm də tək köçkünlər yox, hamımız ora getməliyik”.

İlhamə

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »