Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar paytaxt yollarındakı vəziyyətlə bağlı açıqlama yayıb.
BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, hazırda davam edən yağışla əlaqədar bəzi ərazilərdə su yığılması halları müşahidə olunur:
“Bu da, öz növbəsində, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Sürücülərə belə ərazilərdən keçərkən diqqətli olmalarını tövsiyə edirik”.(oxu.az)