Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı əsgərin evini sökdürdü – Foto
İcra başçısı əsgərin evini sökdürdü – Foto

Cəbhədə könüllü olaraq döyüşən əsgər İlman Qurbanovun tikilməkdə olan evi darmadağın edilib.

Bizimyol.info xəbər verir ki, əsgərin qardaşı bu barədə sosial şəbəkədə paylaşım edib.

O, bildirib ki, rəsmi heç bir heç bir xəbərdarlıq edilmədən texnika gətirilib və tikilməkdə olan evi uçurdulub. “Sizə məlumat verdiyim kimi kiçik qardaşım Qurbanov İlman Daşdəmir oğlu Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq müzəffər ordumuzun sıralarına qatıldı. Hazırda da döyüş bölgəsindədir. Döyüşə getməzdən öncə Binə qəsəbəsində, Suraxanı rayonun ərazisində yerləşən yaşayış massivində özunə ev tikirdi. Evi 8 daş qaldırmışdı. Orduya gedəndən sonra tikinti dayandı. Ötən gün Suraxanı Rayon İcra hakimiyyətinin işçiləri (Hövsan icra nümayəndəliyini əməkdaşları da ola bilər. Ətrafdan görən şəxlərin sözlərinə görə süd rəngində olan 902 nömrəli “Prado” gəlib, texnika gətirib və dağıdıb) heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən tikintini darmadağın ediblər”, - deyə o bildirib.

Məsələ ilə bağlı Suraxanı rayon İcra hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verilmədi. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin fikrini işıqlandırmağa hazırıq.

Leyla Mirzə

əsgər İlman Qurbanovun tikilməkdə olan evi

Son xəbərlər
Bütün xəbərlər »