Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi ekspert: Rusların vəzifəsi bütün tərəflərlə danışıqlar aparmaqdır
Rüstəm Muradov

Araik Arutunyan özünün Facebook səhifəsində Qarabağdakı rus sülhməramlı missiyasının rəhbəri, general Rüstəm Muradovla görüşdüyünü bildirib və görüşdən şəkil paylaşıb. Həmin şəkillərdən birində arxa fonda qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı və gerbi yer alıb.

Rus sülhməramlı missiya rəhbərinin Azərbaycan ərazisində separatçılıqla məşğul olan və axtarışa verilən cinayətkarla görüşməsi və danışıqlar aparması nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Bizimyol.info-ya açıqlamasında bildirib ki, müharibəsə bu kimi hallar baş verir.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Bu qarşılıqlı, 3 tərəfli bağlanan sülh müqaviləsinə görə Rusiya sülhməramlıları hər 2 tərəflə görüşməlidir. Rusiyanın Qarabağa göndərdiyi silahlı qüvvələrinin sülh missiyası ondan ibarətdir ki, orada olan sülhün dayanıqlılığına şərait yaratsın. Onların vəzifəsi Azərbaycan torpaqlarında olan bütün hərbi birləşmələri oradan çıxartmaq və Qarabağı silahsızlaşdırmaqdır. Araik orada yerləşən hərbi hissələrin komandiri olduğu üçün həmin sülhmərəmlıların onunla danışıq aparmağı normaldır. Bu müharibələrdə olan haldır. Rus sülhməramlısı tələb edə bilməz ki, sən buradan qondarma bayrağını və ya gerbini çıxart. Onun missiyası başqadır. O, hər bir vasitədən istifadə edərək Qarabağda olan silahlıların tərkisilah olmasını və oradan çıxarılmasını təşkil etməlidir. Bizim xoşumuz gəlsə də, gəlməsə də müharibələrin öz qayda-qanunları var. Hətta, müharibədə bəzən 2 düşmən tərəfdən olan komandirlər razılaşır və qısamüddətlik atəşkəs olur. Bu müddətdə ölülərin və ya əsirlərin dəyişdirilməsi kimi proseslər həyata keçirilir”.

Ekspert Kəlbəcərdən ermənilərin çıxması üçün verilən əlavə vaxtla da razı olmadığı bildirib.

“Onlar guya göstərirlər ki, köç üçün toparlana bilmirlər və vaxt lazımdır. Lakin ermənilər evlərin damına qədər söküb aparıblar. Mənim düşüncəmə görə, onlar Kəlbəcərdə açdıqları zavodları söküb aparmaq və gedəndə ağacları kəsmək, ərtafı yandırmaq, zəhərləmək, ekalogiyanı korlamaq niyyətindədirlər. Bir sözlə təxribat işlərlə məşğul olacaqlar. Bunlar erməni xasiyyətinə uyğundur”, - deyə ekspert bildirib.

Leyla Mirzə

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »