Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Natiq Cəfərli: Azərbaycan böyük oynamağa məcburdur
Natiq Cəfərli

“Biz indi Savaşın yeni, daha ağır, hibrit, diplomatik, iqtisadi, siyasi dönəminə qədəm qoyduq. Faktiki olaraq Azərbaycan indi böyük oynayır, daha da böyük oynamağa məhkum və məcburdur. Yeni geo-siyasi “oyunda” məmləkətin qarşısında ciddi çağırışlar, böyük təhlükələr, amma həm də maraqlı, uduşlu perspektivlər var – hər şey, ya da, çox şey özümüzdən asılıdır”. Bizimyol.info xəbər verir ki, bu fikirləri REAL partiyasının fəalı Natiq Cəfərli səsləndirib.

İttifaqlar və onların gələcəyi haqqında danışan ekspert qeyd edib ki, Azərbaycan Vətən Savaşına hazırlıq dönəmində Türkiyə ilə öncədən olan böyük bağı daha da inkişaf etdirdi və strateji tərəfdaşlığa, hətta kordinə edilən əməkdaşlığa çevirdi :

“Doğru istiqamətdir, amma yetərli deyil. Növbəti addım kimi Şimal qonşumuzu çox qıcıqlandırmadan, maneçiliklər yaradılmasına imkan vermədən hərbi əməkdaşlığı ciddi müttəfiqlik səviyyəsni qaldırmaq lazımdır. Türkiyə ilə öncə bağlanmış müqavilələri daha da inkişaf etdirmək, adını “baza” qoyub diqqəti üzərimizə çəkmədən qardaş ölkə ilə Azərbaycanın müxtəlif yerlərində (Naxçıvan, Bərdə, Ağdam, Gəncə, Bakı) Hərbi Təlim və Tədris Mərkəzləri açılmalı, birgə ordu quruculuğu davam etdirilməlidir”.

Digər ölkələrlə əməkdaşlıq strategiyası barədə danışan Natiq Cəfərli hesab edir ki,Britaniya ilə isə bu günlərdə Ukraynanın bağladığı “Hərbi Əməkdaşlıq” müqaviləsinə uyğun sənədlər imzalanmalı, Xəzər dənizindəki əsgərlərimizə Britaniyalıların dərs keçməsi, texniki bazanın yaradılması üçün hüquqi zəmin yaradılmalıdır.

“Rusiya ilə əməkdaşlığa xələl gətirmədən Şimal qonşumuz ilə münasibətlər həmişə pozitiv yöndə inkişaf etdilməlidir. Ermənistan ilə Azərbaycan arasındakı sərhədləri ancaq Rusiya vasitəsi ilə dəqiqləşdirib möhkəmləndirmək olar. Bunun üçün Rusiyanın müəyyən istəklərinə də, müvəqqəti olaraq “sülhməramlılarına” da dözmək olar. İranla münasibətləri yeni təmələ otuzdurmaq lazım gələcək – İran bizim böyük ərazisi və əhalisi olan qonşumuz, potensial böyük bazarımızdır. ABŞ-da Bayden dönəmi başlayan kimi İranla Qərb arasında yenidən körpülər qurulmağa, yeni əməkdaşlıq formatları yaranmağa başlayacaq. Bu yeni formatda Azərbaycan Qərblə İran arasında körpü, Qərb şirkətlərinin İrana yerləşməsi üçün logistik mərkəz ola bilər”,- deyə o qeyd edib.

İlhamə

Paylaş »
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
Son xəbərlər
Bütün xəbərlər »