Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə keçmiş deputatın iddiasını rədd edib
Rafael Cəbrayılov

Ali Məhkəmə ayrı-ayrı vətəndaşlara 2 milyon manatdan artıq borcu olan keçmiş deputat Rafael Cəbrayılovun daha bir iddiasını rədd edib.

Bu barədə Yenisabah.az-a daxil olan məlumata görə, Rafael Cəbrayılov ərizəsində borcu ödədiyini deyərək əleyhinə çıxarılan qərarın ləğv olunmasını xahiş edib. Lakin məhkəmə keçmiş deputatın yalan danışması səbəbindən iddiasını geri qaytarıb.

Məlumatda deyilir ki, bu məhkəmə çəkişməsi Rafael Cəbrayılovla borclu olduğu Təranə Fətəliyeva arasında gedib.

Rafael Cəbrayılovun Təranə Fətəliyevaya 300 000 dollar borcu var. Təranə Fətəliyeva bütün məhkəmə instansiyalarında qalib çıxıb. Lakin keçmiş deputat guya onun borcunun qaytardığını iddia edir.

Təranə Fətəliyeva və Rafael Cəbrayılovun borclu olduğu digər şəxslər eyni zamanda Baş Prokuroluğa müraciət ediblər. Onların müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hazırda istintaq gedir.

Məlumatda deyilir ki, Rafael Cəbrayılov hər vəchlə borcunu qaytarmamağa çalışır. Bir müddət borclu olduğu şəxsləri müxtəlif vədlərlə sakitləşdirə bilən keçmiş deputat indi hüquqi müstəvidə gedən mübarizədə vaxt qazanmağa çalışır.

Rafael Cəbrayılov Təranə Fətəliyevadan başqa Məlahət Qurbanova adlı vətəndaşa 580 000 dollar, Xatirə Nəcəfova adlı vətəndaşa 200 000 dollar, Yusif Orucov adlı vətəndaşa 200 000 dollar, Aynur Kazımova adlı vətəndaşa 100 000 dollar, Şəfa Məmmədova adlı vətəndaşa 80 000 dollar, Bəşir Məmmədov adlı vətəndaşa 60 000 dollar və Allahverdi Səfərəliyev adlı vətəndaşa 30 000 dollar borcludur.

Xatırladaq ki, Rafael Cəbrayılov borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Olay ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
Son xəbərlər
Bütün xəbərlər »